Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Hüseyn Cavid -135”

07.12.2017

07.12.2017-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi münasibətilə “Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı-Hüseyn Cavid” başlığı altında dəyirmi masa keçirildi.

Tədbiri filialın müdiri Esmira Həsənova açaraq, Hüseyn Cavid yaradıcılığından söz açdı.

Böyük kitabxanaçı Gülnar Hüseynova çıxış edərək şairin dramaturgiyası haqqında məlumat verdi.

Kitabxananın fəal oxucusu Rəxşəndə Hacızadə Hüseyn Cavidin həyatı və əbədiyaşar yaradıcılığından söz açdı.

Tədbirdə kitabxananın fəal oxucuları ilə yanaşı, mədəniyyət işçiləri də iştirak etdi.

Sonda tədbir iştirakçıları Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən “Hüseyn Cavid -135” başlıqlı kitab sərgisi ilə tanış oldular..