Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Nağıl güşəsi”

08.12.2017

08 Dekabr 2017-ci tarixində Gəncə şəhər 27 nömrəli məktəbin IV sinfi müəllim və şagird kollektivi ilə birlikdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinə ekskursiya etdilər. Şöbənin müdiri Ellada Rəhimova uşaqları kitabxana ilə, onlara kitabların kitabxana qaydası ilə işlənilməsi, oxuculara verilməsi, kitabxanada təşkil olunmuş müxtəlif mövzularda olan kitab sərgiləri ilə tanış etdi. Məktəblilər “Nağıl güşəsi” ilə tanış oldular, səsli nağıllardan “Zəhmət və zinət “hekayəsini dinlədilər. Sonra hekayə haqqında şagirdlərlə müzakirələr aparldı.

Sonda uşaqlarla maraqlı intellektual oyun keçirildi. Onlar “Parlaq zəka” və “Qələbə” komandasına ayrıldılar. Sadə və düşündürücü şəkildə tərtib edilmiş suallar məktəblilərin məntiqi təfəkkürünün inkişafına kömək edir və onların kitabxanaya olan marağını daha da artırır. Sonda qalib gələn komandanın üzvləri “Göy qurşağı” jurnalı ilə mükafatlandırıldı.