Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“İnternet dünyaya açılan pəncərə”

05.02.2019

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsində 05.02.2019-cu il tarixində “İnternet dünyaya açılan pəncərə” başlığı altında söhbət keçirildi. Tədbirdə 27 saylı məktəb-liseyin IV sinif şagirdləri iştirak etdilər.

Söhbəti şöbənin müdiri Ellada Rəhimova apararaq məktəblilərə internetin faydalı və zərərli tərəfləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ilk öncə hər kəs sosial şəbəkədən istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayyət etməlidir. Ellada Rəhimova qeyd etdi ki, internet vasitəsilə insanlar istədikləri məlumatı sürətli ala bilirlər və bününlada dünyagörüşlərini artırırlar. Lakin bütün bunlarla yanaşı internetin zərərli tərəfləridə vardır ki, onlardan ən başlıcası uşaqların kompüter qarşısında çox əyləşib internetlə məşğul olmasıdır ki, bu da ondan asılılıq yaradır. Bu isə əsasəndə uşaqların səhhətinə ciddi zərər vurur. Döyüş və ölüm səhnələri olan emosional kompüter oyunları uşaqlarda əsəbilik aqressiya və zorakılıq kimi xüsusiyyətlərin meydana gəlməsinə səbəb olur. Bütün bu keyfiyyətlərdə uşaqları dərslərindən yayındırır. Tədbirin sonunda uşaqların verdiyi suallar ətraflı şəkildə cavablandırıldı.

 

26.3 KB