Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə Dövlət Dram Teatrı

Gəncə Dövlət Dram Teatrının binası XIX əsrin 80-ci illərində alman sahibkarı Xristofor Förer tərəfindən tikilmişdir.

Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaranmışdır. 1925-ci ilə kimi «Tənqid-təbliğ» teatrı adı ilə fəaliyyət göstərmiş, 1925-ci ildə isə «Bakı-işçi-kəndli» teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. Gəncəyə gələn aktyorlar içərisində İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov, Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi müqtədir sənətkarlar vardır.

1932-34-cü illərdə Qırmızı Bayraqlı Türk İşçi Teatrı; 1934-35-ci illər Qırmızı Bayraqlı İşçi Teatrı; 1935-39-cu illər Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı; 1939-52-ci illər L.Beriya adına Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı; 1952-64-cü illər Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı; 1964-90-cı illər Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı; 1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı kimi adlandırılmışdır.

Dram Teatrda gənclərdən ibarət teatr studiyası fəaliyyət göstərir.

2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatının “Qran Pri”sinə layiq görülmüşdür. 2007-ci ildə gənc rejissor İ. Gözəlovanın tamaşaya hazırladığı “Qəribə oğlan” pyesi“ Gənc rejissorların teatr festivalı ”nda, 2010-cu ildə isə yaradıçı kollektiv Elçinin “Ölüm hökmü” tamaşası ilə “Respublika teatr festivalı”nda uğurla çıxış etmişdir.

Ünvan:
M.A.Abbaszadə küçəsi, 54
Telefon:

(022) 266-68-88

E-mail:

gencedramteatri@mail.ru