Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə şəhər Nizami Gəncəvi Məqbərəsi

Nizami Məqbərəsi respublika əhalisinin və xarici qonaqların ziyarətgahıdır. Dünya ədəbiyyatı korifeyi, azərbaycanlı İlyas Yusif oglu Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olmuş, 1209-cu ildə Gəncədə vəfat etmiş, özünün məşhur «Xəmsə»sini yaratmışdır. O, azadlıq, sərbəstlik, müstəqillik və demokratiya ideyalarının yaradıcısı və carçısı kimi məşhurlaşmışdır. Onun qəbri üzərində türbə qədimdən tikilmişdir. İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. 1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılmışdır. Hal-hazırkı məqbərə isə 1990-91-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilmişdir. Mərkəzi xiyabanın uzunluğu 125 m, eni 40 m, məqbərənin hündürlüyü isə 20,9 m-dir. Məqbərə ətrafında şairin «Xəmsə»sinin rəmzi kimi 5 iri fəvvarə tikilmişdir. Burada şairin «Xəmsə»sinə daxil olan əsərlərdən bəhs edən heykəltəraşlıq kompleksi və suni göl vardır.

Ünvan:
Gəncə şəhəri, Bakı-Yevlax şossesi