Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzi

Məhsəti Gəncəvi Mərkəzi şəhərin Əttarlar küçəsində yerləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16.01.2013-cü il tarixli “Məhsəti Gəncəvinin yaradıcılığınının 900 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Heydər Əliyev Fondu” tərəfindən 2013-cü ildə inşa edilmişdir.

3 mərtəbə, 1 zirzəmidən ibarət olan Məhsəti Gəncəvi Mərkəzinin qarşısında şairin heykəli, onun adını daşıyan bağ vardır. Məhsəti Gəncəvi Mərkəzində; Məhsəti otağı, Məhsəti muzeyi, qədim milli musiqi alətləri salonu, milli geyimlər salonu, şahmat fiqurları, elektron kitabxana və s. vardır. Mərkəzdə şairin portretləri olan xalçalar, nümayiş etdirilir. Burada həmçinin şairin 900 illik yubileyi ilə bağlı Fransada keçirilən yubiley tədbirlərindən foto görüntülər nümayiş etdirilir.

Ünvan:
Gəncə şəhəri, Əttarlar küçəsi