Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Naftalan şəhər Tarix Diyarşünaslıq Muzeyi

Tarix-Diyarşünaslıq muzeyində hal-hazırda 5 (beş) nəfər işçi çalışır. Muzey Naftalan şəhər Xalq Deputatları Sovetinin tərkibində Mədəniyyət inspektorluğunun tabeliyində 1983-cü ildən fəaliyyət göstərir. Muzey Kurort Birliyinin balansında ümumi sahəsi 318 m2 olan binada yerləşdirilmişdir. 2006-cı ilə kimi həmin binada fəaliyyət göstərmiş, bina qəzalı vəziyyətdə olduğuna görə 05.05.2006-cı il tarixli 141 saylı əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən muzey eksponatları yeni muzey binası tikilənə kimi uyğunlaşdırılmış binaya köçürülmüşdür. Muzeyin fondunda 5407 ədəd eksponat var. Eksponatlar Naftalan şəhərinin keçmişinə dair rəngli və ağ-qara fotoşəkillərdən, sənədlərdən, nəqqaşlıq, arxeoloji, məişət və etnoqrafik əşyalardan və şəfa tapmış xəstələrin keçmiş SSRİ-nin müxtəlif bölgələrindən göndərdikləri təşəkkür məktublarından, sanatoriyaya müəalicəyə gəlmiş xəstələrin sağaldıqdan sonra muzeyə bağışladıqları əsalardan ibarətdir.