Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə şəhər Heydər Əliyev adına Park Kompleksi

Heydər Əliyev Park Kompleksi 1979-cu ildə şəhərin Yeni Gəncə yaşayış massivində salınmış Heydər Əliyev adına Parkın əsasında yaradılmışdır.

1980-ci ildə bu parkda ümummilli lider Heydər Əliyev çinar ağacları əkmişdir.

Parkda 2012-ci ildə yenidənqurma işlərinə başlanılmışdır.

Heydər Əliyev Park Kompleksinin ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir.

Burada Heydər Əliyev Mərkəzi inşa edilmiş, qarşısında isə H.Əliyevin abidəsi vardır. Parkın girişində möhtəşəm “Zəfər tağı” ucaldılmışdır.

Heydər Əliyev Park Kompleksinin əhatə etdiyi ərazidə orijinal memarlıq üslübunda fəvvarələr və müasir işiqlandırma sistemi quraşdırılmış, Müasir İncəsənət Muzeyi, Amfiteatr, süni göl, şəlalə, kafe və s. yaradılmışdır.

2014-cü ilin yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərində olarkən, Heydər Əliyev Park Kompleksinin və Heydər Əliyev Mərkəzində açılışında iştirak etmiş və demişdir “Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da var”.