Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Gəncə şəhər İstiqlal Xiyabanı

Gəncənin Gülüstan qəsəbəsində yerləşir. 1991-ci ilin 28 May günü əhalinin istifadəsinə verilmişdir. Xiyaban 28 May Respublika günü şərəfinə salınmışdır. Xiyabanın girəcəyindəki kompleks Azərbaycan memarlığının milli formaları əsasında işlənmiş qollara dolanan bayraq, demokratik respublikanın (1918-ci il Azərbaycan Xalq Demokratik Respublikasının) üçrəngli bayrağıdır. Ondan bir az öndə isə Azərbaycanın xəritəsi verilmişdir. Qabaqda görünən abidə respublikanın ərazisini hər an müdafiə edə biləcək rəmzdir. Məşəl daim respublikanın inkişaf yollarını işıqlandırmaq, qılınc isə torpağın müdafiə rəmzidir. Baralyeflər isə Azərbaycanın birliyi uğrunda mübarizə aparmış igidlərin rəmzidir.

2014-cü ildə 28 May Respublika günü münasibəti ilə İstiqlal xiyabanında yenidənqurma və abadlıq işləri aparılmışdır.