Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ilk dəfə Kəlbəcər rayon Kitabxanası Qiraətxana adı ilə 1947-ci ildə yaranıb. Mərkəzi Kitabxana Sisteminin yaranma tarixi 1976-cı ilə təsadüf edilir. 1993-cü ilin aprel ayının 2-də Kəlbəcər rayonu işğal olunmuş kitabxanaya aid bütün sənədlər və kitablar işğal altında qalmışdır. Hal-hazırda Mərkəzləşmiş Kitabxana Sistemi Gəncə şəhərində Qaçqın və Məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə Uşaq İncəsənət Məktəbinə məxsus binanın 6 otağında fəaliyyət göstərir. Hazırda kitabxananın 100638 nüsxə kitab fondu var. Mərkəzləşmiş Kitabxana Sistemində Oxuculara xidmət şöbəsi, Uşaq şöbəsi, Kitabişləmə və komplektləşdirmə şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, İnformasiya-resurs şöbəsi və kitabxana-biblioqrafiya prosseslərinin avtomatlaşdırma şöbəsi fəaliyyət göstərir. Kəlbəcər rayonunun 1 Mərkəziləşdirilmiş Kitabxana Sistemi və 79 kənd kitabxana filialları fəaliyyət göstərir.