Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbi

Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbi 1969-ci ildə 7 illik Uşaq musiqi məktəbi kimi fəaliyyətə başlamışdır. Məktəbdə xalq çalğı alətləri, fortepiano şöbələri fəaliyyət göstərmişdir. 1993-cü ildə məktəbə, Uşaq İncəsənət Məktəbi adı verilmişdir. Məktəb 1993-cü ildən 2014-cü ilədək Gəncə şəhəri ADAU-un 6 saylı yataqxanasında, 2014-cü ildən Gəncə şəhəri Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə tikilib istifadəyə verilmiş, məktəb binasında fəaliyyətini davam etdirir.

Hal-hazırda məktəbdə 3 şöbə xalq çalğı alətləri, fortepiano və rəssamlıq şöbələri faliyyət göstərir.

2016-cı ildə rəssamlıq üzrə Ağayev Elşad Əhməd oğlunun rəsm əsərləri nümayiş etdirilmiş, Mədəniyyət və Turizm Nazirliyi tərəfində fəxri fərmanla təltif edilmişdir. 2017-ci ildə VI Muğam Müsabiqəsinin seçim turunda Salmanov Məhəmməd Məhyəddin oğlunun çıxışı uğurlu olmuş, ikinci tura vəsiqə qazanaraq, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir. 2017-ci ilin may ayında "Təkamül və İnteqrafiya" Beynəlxalq İctimai Birliyi tərəfindən keçirilən seçim turunda məktəbin şagirdləri qalib olmuş, Türkiyə Respublikasına ezam edilmişlər.