Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi

Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və “Heydər Əliyev Fondu”nun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva rayona səfər müddətində muzeydə olmuşlar. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq. Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzeyin internet adresi goranboytarixmuzeyi@mail.ru –dur. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr. 2017-ci ildə muzeyin fonduna 58 ədəd əşya verilmişdir. İl ərzində muzey 1200-dən çox tamaşaçıya xidmət etmişdir. Tarix-Diyarşünaslıq muzeyində 12 nəfər işçi işləyir.