AZ

Vəliyev Elmar Rüstəm oğlu

1960-cı ildə Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olub.
1979-cu ildən 1986-cı ilə qədər Azərbaycan Texnologiya Universitetində təhsil alıb, mühəndis-texnoloq ixtisasına yiyələnib.1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 2001-ci ildə həmin fakültənin məzunu olub.

Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi vəzifəsində çalışıb.
1983-cü ildən əmək fəaliyyətini Gəncə Tikiş Fabrikində davam etdirib və 1989-cu ilədək həmin fabrikdə mühəndis vəzifəsində işləyib.
1989-cu ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib.
1990-cu ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub.
1994-cü ildən 2001-ci ilə qədər Yevlax Rayon Gömrükxanasının rəisi vəzifəsində, 2001-ci ildən 2004-cü ilə qədər isə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəis müavini vəzifəsində işləyib.
2004-cü ildən 2011-ci ilə kimi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı olub.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib. Hal-hazırda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

Xəbəri paylaş:

Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
Kimin qəbuluna yazılmaq istəyirsiniz?
*Qəbula düşmənin əsas mövzusu
*Soyad, ad və ata adınız
*Təvəllüd
E-poçt
Telefon
Ünvan
Məzmun

Şəkildəki simvolları daxil edin
Göndər
Axtar
© 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur