AZ

Ölkənin ən iri sənaye şəhərlərindən biri olan Gəncə şəhərinin ərazisi 110 kv.km, əhalisi 01.08.2012-ci il tarixə rəsmi qeydiyyatda 322367 nəfərdir.
Məşğul əhalinin əsas hissəsi emal sənayesində, təhsildə, nəqliyyat və digər xidmət, ticarət, ictimai iaşə sahələrində çalışır.
Gəncə şəhəri 6 inzibati qəsəbədən - Hacıkənd, Cavadxan, Şıxzamanlı, Natavan, Məhsəti, Sadıllı qəsəbələrindən ibarətdir.
Şəhər ərazisində 362 idarə və müəssisə, o cümlədən 79 iri, orta və kiçik sənaye müəssisəsi, 1 bank, 43 bank filialı və bank olmayan kredit təşkilatı, 4 bank şöbəsi. "Azərpoçt" MMC-nin Gəncə Regional Poçt filialı, onun 21 Poçt şöbəsi və Müştəri Xidmətləri şöbəsi, Gəncə Telekommunikasiya İdarəsi, 12 ATS, 8 mehmanxana, 150-dən çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə "Det.Al-Alüminium" MMC, Gil-torpaq istehsalat sahəsi, Gəncə Avtomobil zavodu, "Şərab-2" ASC-dir.

Hazırda şəhər üzrə muzdlu şərtlərlə məşğul əhalinin sayı 41880 nəfər, o cümlədən sənayedə çalışanların sayı 5333 nəfər, tikintidə 877 nəfər, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminatda 884 nəfər, təhsildə 11836 nəfər, səhiyyədə 4735 nəfər, digər sahələrdə 18215 nəfərdir. Cari ilin 6 ayı ərzində şəhər ərazisində 1312 yeni iş yerləri yaradılmışdır.
2012-ci ilin yeddi ayı ərzində məhsul istehsalının həcmi 2,7 dəfə artaraq 112,1 mln.manat, əsas kapitala yönəldilmiş investisiyalarının həcmi 11,4% artaraq 65,8 mln.manat, pərakəndə əmtəə dövriyyəsi (iaşə daxil olmadan) 331,7 mln.manat olmuşdur. Orta aylıq əmək haqqı 5,8% artaraq 259,0 manat, o cümlədən sənayedə çalışanların orta aylıq əmək haqqı 17,8% artaraq 280,1 manat təşkil etmişdir.
Fəaliyyət göstərənlərin hüquqi vahidlərin sayı iqtisadiyyatın bölmələri üzrə aşağıdakı kimi xarakterizə olunur:

/S Fəaliyyət növləri üzrə bölmələrin adı Fəaliyyət göstərənlərin sayı cəmi, vahid o cümlədən
iri və orta kiçik

Şəhər üzrə cəmi, ondan 552 220 332
  ondan      
1. Kənd təsərrüfatı 9 4 5
2. Sənaye 83 21 62
3. Tikinti 28 4 24
4. Nəqliyyat 31 16 15
5. Rabitə 10 3 7
6. Xidmət 43 8 35
7. Maliyyə 47 32 15
8. Sosial 190 124 66
9. Ticarət 111 8 103

 

Xəbəri paylaş:

Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
Kimin qəbuluna yazılmaq istəyirsiniz?
*Qəbula düşmənin əsas mövzusu
*Soyad, ad və ata adınız
*Təvəllüd
E-poçt
Telefon
Ünvan
Məzmun

Şəkildəki simvolları daxil edin
Göndər
Axtar
© 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur