AZ

Şəhər haqqında

Gəncə şəhəri haqqında qısa
MƏLUMAT

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Vəliyev Elmar Rüstəm oğlu 18 fevral 2011-ci il tarixdə bu vəzifəyə təyin edilmişdir. Şəhərin ərazisi 110 kv. km, əhalisinin sayı 1 yanvar 2013-cü il tarixə 323,5 min nəfərdir. Gəncə Şəhəri 2 rayon və 6 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 iyun 2004-cü il, 19 may və 11 oktyabr 2005-ci il, 31 oktyabr 2006-cı il, 30 may 2007-ci il, 03 mart və 24 sentyabr 2008 ci il, 25 may 2009-cu il, 11 fevral 2010-cu il, 09 fevral 2011-ci il, 21 yanvar 2012-ci il tarixlərdə Gəncə şəhərinə səfər etmişdir.

Sosial-iqtisadi göstəricilər

Ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2011-ci ildə 4,8 dəfə artaraq 474,5 milyon manat, sənaye məhsulunun həcmi 2,1 dəfə artaraq 115,0 milyon manata çatmış, tikinti-quraşdırma işlərinin həcmi 19,2 dəfə artaraq 111,4 milyon manat, nəqliyyat və rabitə xidmətləri müvafiq olaraq 7,9 dəfə artaraq 79,8 milyon manat və 1,9 dəfə artaraq 4,4 milyon manat təşkil etmişdir.
2012-ci ilin 1-ci yarımilliyində ümumi məhsul buraxılışının həcmi 342,1 mln manat olmaqla, 2011-ci ilin müvafiq dövrünə nisbətən 44.0 faiz çox olmuş, sənaye məhsulunun həcmi isə 2.8 dəfə artaraq 150,0 milyon manat təşkil etmişdir.
2012-ci il yanvarın 21-də Prezident cənab İlham Əliyevin növbəti səfəri zamanı Ulu öndər Heydər Əliyev Mərkəzinin və Gəncə Dövlət Filarmoniyasının təməli qoyulmuş, "Det-Al" Alüminium MMC-nin Gəncə Alüminium zavodu Kompleksinin, N.Nərimanov parkının, "Xəmsə" abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmiş, Bayraq Meydanında, Cavad xan küçəsində, "İmamzadə" dini kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişatı ilə tanış olmuşdur.
Füzuli və N.Nərimanov parkları əsaslı təmir edilərək istifadəyə verilmiş, Fikrət Əmirov parkının ikinci hissəsinin, Z.Tağıyev parkının, "İstiqlaliyyət" parkının təmiri davam etdirilir, Əziz Əliyev və Mirzə Şəfi Vazeh adına yeni parklar salınır.
Oktyabr 2003 -2011-ci illər ərzində 21447 -i daimi olmaqla 24627 yeni iş yeri açılmışdır.
2012-ci ilin 1-ci yarısında 1312 yeni iş yeri açılmış, ondan 1136-sı daimi iş yerləridir.


İctimai-siyasi vəziyyət

Şəhərdə 6 məscid, 1 rus kilsəsi, 4 ziyarətgah, 5 pir, 5 islam və 3 xristian yönümlü dini icma, 51 QHT fəaliyyət göstərir.
2 qəzet nəşr edilir ("Gəncənin səsi" və "Novosti Qyandji"). Yerli "Kəpəz" və "Alternativ" TV kanalları yayımlanır.

Kimin qəbuluna yazılmaq istəyirsiniz?
*Qəbula düşmənin əsas mövzusu
*Soyad, ad və ata adınız
*Təvəllüd
E-poçt
Telefon
Ünvan
Məzmun

Şəkildəki simvolları daxil edin
Göndər
Axtar
© 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur