AZ
Hazırda İdarənin yeni rəsmi saytı hazırlanır. Xahiş edirik nəzərə alasınız.
Bu gün 19.08.2017          18:47
*Məktubun əsas mövzusu
*Soyad, ad və ata adınız
*Yaşadığınız şəhər
E-mail
Telefon
Ünvan
Məzmun

Faylı yükləyin
    Şəkildəki simvolları daxil edin
    Göndər
    Dünya şöhrətli amerikalı cazmen Gəncədə konsert proqramı ilə çıxış edib
    17.04.2017   | Visits: 18çap versiyası

    Dünya şöhrətli amerikalı cazmen Qabriel Stravelli və onun musiqi qrupunun Gəncədə konserti olub. Uşaq Yaradıcılıq Mərkəzində keçirilən konsert Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə təşkil edilib.

     

    Konsertdən əvvəl məlumat verilib ki, müğənni ilk dəfə 2015-ci ildə ABŞ Dövlət Departamentinin Amerika Musiqisinin Xaricdə Təbliği Proqramı çərçivəsində Azərbaycana səfər edib. Məhz həmin proqram çərçivəsində amerikalı musiqiçilərin ölkəmizə səfəri mədəniyyət sahəsində qarşılıqlı anlayışı və əməkdaşlığı inkişaf etdirib.

    Səfirliyin əməkdaşı müğənninin yaradıcılığı haqqında məlumat verərək bildirib ki, musiqi sahəsində müxtəlif mükafatlar qazanmış Qabriel Stravelli həm özünün orijinal mahnılarının, həm yeni Amerika mahnılarının ifası ilə, həm də Dyuk Ellinqton, Dolli Parton və Conni Merser kimi musiqiçilərin sənətindən bəhrələnərək dinləyicilərin rəğbətini qazanıb. Müğənni bu yaxınlarda Nyu-Yorkun Metropoliten zalında Nyu York Tayms, Vall Stritt Cornal və Haffinqton Post kimi nüfuzlu mətbuat orqanlarının rəğbətini qazanan ifalar edib.

    Təqdimatdan sonra səhnəyə çıxan amerikalı vokalist, dünya şöhrətli caz ustası Qabriel Stravellinin ifası Gəncə musiqisevərləri tərəfindən böyük maraqla izlənilib. Sənətçinin Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının solisti Kəmalə Tağızadə ilə duet şəklində səsləndirdiyi “Laçın” və “Saçlarına gül düzüm” xalq mahnılarımız tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

    Xəbəri paylaş:
    
    Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
    Kimin qəbuluna yazılmaq istəyirsiniz?
    *Qəbula düşmənin əsas mövzusu
    *Soyad, ad və ata adınız
    *Təvəllüd
    E-poçt
    Telefon
    Ünvan
    Məzmun

    Şəkildəki simvolları daxil edin
    Göndər
    Axtar
    Təqvim üzrə axtarış
    Axtar
    Bütün arxiv
    © 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
    Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur