AZ
Hazırda İdarənin yeni rəsmi saytı hazırlanır. Xahiş edirik nəzərə alasınız.
Bu gün 26.06.2017          11:11
*Məktubun əsas mövzusu
*Soyad, ad və ata adınız
*Yaşadığınız şəhər
E-mail
Telefon
Ünvan
Məzmun

Faylı yükləyin
    Şəkildəki simvolları daxil edin
    Göndər
    Nizami yurdunda Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib
    30.05.2017   | Visits: 15çap versiyası

    “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Nizami yurdunda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib.

     

    Əvvəlcə Gəncə şəhər Məhsəti Gəncəvi Muzeyində Gəncə Musiqi Kollecinin və Gəncə Dövlət Universitetinin tələbələrinin musiqi ifa etdikləri “Gənc istedadlar” adlı konsert proqramı təşkil olunub.

    Üzeyir Hacıbəyov, Qara Qarayev, Müslüm Maqamayev kimi dahi bəstəkarlarla yanaşı əcnəbi əsərləri məharətlə ifa edən gənclər layihədə iştirak etməyin onlar üçün olan əhəmiyyətindən danışıb.

    Sonra Heydər Əliyev Park-Kompleksində yerləşən amfiteatrda keçirilən konsert proqramında N.P.Osipov adına  Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistan Respublikasının məşhur “Bazmoro” rəqs ansamblı, Belarus Respublikasının Əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupu, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, eləcə də “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Respublikamızın paytaxtı Bakı şəhərindən gələn tanınmış incəsənət ustaları – Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov, Azərbaycan Respublikasının Əməkdar artistləri Abbas Bağırov, Nərgiz Kərimova, Gülüstan Əliyeva, Təyyar Bayramov, Səbuhi İbayev, İlham Nəzərov və başqaları öz ifaları ilə Nizami yurdu sakinlərini sevindiriblər.

    Sonda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən festival iştirakçılarına sertifikatlar təqdim edilib.

    Bildirək ki, 2016-cı il sentyabr ayının 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhəri 2017-ci il üçün “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” elan edilib.

    Xəbəri paylaş:
    
    Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
    Kimin qəbuluna yazılmaq istəyirsiniz?
    *Qəbula düşmənin əsas mövzusu
    *Soyad, ad və ata adınız
    *Təvəllüd
    E-poçt
    Telefon
    Ünvan
    Məzmun

    Şəkildəki simvolları daxil edin
    Göndər
    Axtar
    Təqvim üzrə axtarış
    Axtar
    Bütün arxiv
    © 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
    Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur