AZ
Hazırda İdarənin yeni rəsmi saytı hazırlanır. Xahiş edirik nəzərə alasınız.
Bu gün 19.09.2017          17:31
*Məktubun əsas mövzusu
*Soyad, ad və ata adınız
*Yaşadığınız şəhər
E-mail
Telefon
Ünvan
Məzmun

Faylı yükləyin
    Şəkildəki simvolları daxil edin
    Göndər
    Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
    05.06.2017   | Visits: 64çap versiyası

    Gəncənin “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” seçilməsi heç də təsadüfi deyil. Bu cənab prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Gəncə abidələr, muzeylər şəhərinə çevrilib.

     

    Bu dəyərli abidə komplekslərindən biri də Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksidir.

    Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir.

    Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb. Ətrafında park salınıb. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılıb.

    Kompleksin inşasına 2012-ci ilin yanvarında başlanılıb və bu möhtəşəm abidənin yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşası 2014-cü ilin yanvarında başa çatdırılıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır.

    Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, ümummilli lider Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması və Milli Qurtuluş hərəkatının Gəncədən başlaması salnaməsi əks olunub.

    Kompleksin sol cinahının yol istiqamətinə yönəlmiş hissəsində ulu öndər Heydər Əliyevin, sağ cinahda isə Prezident İlham Əliyevin Gəncə ilə bağlı fikirləri həkk edilib. Qalanın sağ hissəsindəki papiruslardan birində Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olması, digərində isə Milli Qurtuluş hərəkatının Gəncədən başlaması göstərilib. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb.

    Darvazalar 1063-cü ildə gəncəli usta İbrahim Osman oğlu tərəfindən düzəldilən Qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanıb. Həmin qapılar 1139-cu ildə zəlzələ nəticəsində Gəncə dağılarkən gürcü çarı Demetre tərəfindən Gürcüstana aparılmış və Kutaisinin Helat Monastırında saxlanılır.

    Qalanın hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılmışdır. Burada Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulub. Muzeyin sağ tərəfində ikinci mərtəbədə Gəncənin hərb tarixi muzeyi yaradılıb. Burada xronoloji ardıcıllıqla Gəncənin hərb tarixinin qədim vaxtlarından başlayaraq 1918-1920-ci illərədək olan dövrü əhatə edir. “1918-1920-ci illərdə Gəncənin hərb tarixi”nə aid vitrində o dövrün silah-sursatı və 1919-cu il Gəncə qarnizonu döyüşçüsünün fotoşəkli nümayiş olunur. Ekspozisiyanın sonunda tərtib edilmiş rəmzi bölmədə Vətən uğrunda həlak olanların şərəfinə “Əbədi məşəl” və döyüşçülərin təsvirləri nümayiş etdirilir.

    Qalanın üçüncü mərtəbəsində Gəncə əhalisinin məişəti, mədəniyyəti, həyatı haqqında məlumat verən etnoqrafik muzey yaradılıb. Tarix boyu sənətkarlıq mərkəzi olmuş Gəncədə 30-dan çox sənət sahəsinin yüksək səviyyədə inkişaf etməsindən xəbər verən nümunələr öz nəfisliyi ilə göz oxşayır. Etnoqrafik muzeydə xalça məmulatları, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq məhsulları, misgərlik sənəti nümunələri və digər etnoqrafik əşyalar təqdim olunur.

    Qalanın dördüncü mərtəbəsində Gəncənin qədim və zəngin süfrə mədəniyyətini, qonaqpərvərlik ənənələrini yaşatmaq məqsədilə milli kulinariya mətbəxi yaradılıb. Muzeydə, həmçinin Gəncə şəhərində mövcud olmuş Azərbaycanda ilk dövlət əhəmiyyətli qədim tikililərin rəsm və fotoları nümayiş etdirilir. Dördüncü mərtəbədən qalanın bürclərinə qalxmaq mümkündür. Buradan şəhərin mənzərəsi göz oxşayır. “Azərbaycan milli geyimləri” sərgisində ölkəmizin müxtəlif regionlarına məxsus geyimlər və bəzək əşyaları nümayiş olunur. Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında tərtib edilmiş “Azərbaycan – qədim sivilizasiya məkanı” sərgisində müxtəlif bölgələrə aid 120-dən artıq qiymətli arxeoloji eksponat sərgilənir. Muzeydə Azərbaycan xalqının formalaşdığı ərazinin kosmosdan görüntü xəritəsi, Dərbənd qalasının maketi və digər eksponatlar böyük maraq doğurur.

    Möhtəşəmliyinə görə qeyri-adi gözəlliyə malik olan bu muzey istər şəhər sakinlərinin, istərsə də Gəncənin qonaqlarının böyük marağına səbəb olmaqdadır. Dünyanın müxtəlif ölkələrində Gəncə şəhərinə gələn turistlər bu muzeylə taniş olduqdan sonra şəhərin digər gəzməli -görməli məkanlarına üz tuturlar.

    Xəbəri paylaş:
    
    Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
    Kimin qəbuluna yazılmaq istəyirsiniz?
    *Qəbula düşmənin əsas mövzusu
    *Soyad, ad və ata adınız
    *Təvəllüd
    E-poçt
    Telefon
    Ünvan
    Məzmun

    Şəkildəki simvolları daxil edin
    Göndər
    Axtar
    Təqvim üzrə axtarış
    Axtar
    Bütün arxiv
    © 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
    Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur