AZ
Hazırda İdarənin yeni rəsmi saytı hazırlanır. Xahiş edirik nəzərə alasınız.
Bu gün 19.09.2017          17:31
*Məktubun əsas mövzusu
*Soyad, ad və ata adınız
*Yaşadığınız şəhər
E-mail
Telefon
Ünvan
Məzmun

Faylı yükləyin
    Şəkildəki simvolları daxil edin
    Göndər
    Azərbaycanda şeir və sənət görüşləri
    13.07.2017   | Visits: 20çap versiyası
    Gəncənin Məhsəti Mərkəzində “Azərbaycanda şeir və sənət görüşləri” adlı tədbir keçirilib Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, sənət adamları, gənc yazarlar, jurnalistlər və Türkiyədə fəaliyyət göstərən “Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyası” nın bir qrup üzvü iştirak edib. Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB-ın Gəncə Bölməsinin təşkilatşılığı ilə keçirilib. AYB-in Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova qonaqları Gəncə şəhər İcra Hakimiyyəti başçısının adından salamlayıb, onları Nizami yurdunda görməkdən məmnun olduğunu vurğulayıb. Xəzəngül Hüseynova bildirib ki, turançılıq ideyalarının yayılmasında, türkdilli xalqlar arasında əlaqələrin genişlənməsində, qardaş xalqların ədəbiyyatının təbliğində, gənc yazarların yetişməsində ASKEF-in rəhbəri Savaş Ünalın böyük əməyi var. Buna görə də Savaş Ünala AYB-in Gəncə Bölməsinin sədri tərəfindən “Fəxri Fərman” və qiymətli hədiyyə təqdim olunub. ASKEF -in rəhbəri Savaş Ünal isə Xəzangül Hüseynovaya "Təşəkkürnamə" təqdim edib. ASKEF-in rəhbəri Savaş Ünal: - “Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyası” mədəniyyət və sənət dərnəklərinin birgə əməyi sayəsində ərsəyə gələn qurumdur. Dünya coğrafiyasında yaşayan türklər olaraq harda bir türk varsa oraya gedib onlarla görüşmək, mədəniyyət və sənəti inkişaf etdirmək, onlarla bir yerdə tədbir təşkil etmək üçün əmək sərf edirik. Azərbaycana 5-ci dəfədir gəlirik və 50 nəfərlik bir heyətlə gəlmişik." Savaş Ünal rəhbərlik etdiyi qrup üzvləri arasında Türkiyənin şəhərlərindən sənət adamları, Kərkük və Qazaxıstan türklərinin olduğunu da vurğulayıb. Qrupa rəssamlar, şairlər, yazıçılar, həkimlər, fotoqraflar daxildır. Məqsəd eyni soydan olan insanlarla görüşmək, birliyin daimi olmasını, din və ürək birliyini təmin etməkdir. Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz: - "Türk dünyası mədəni əlaqələrinin inkişafı baxımından bu tədbirin çox böyük əhəmiyyəti var. ASKEF-in rəhbəri Savaş Ünalın təklifi və AYB-in dəvəti ilə baş tutan bu tədbir ədəbiyyat və mədəniyyət bayramıdır." Sayman Aruz bildirib ki, ASKEF-in özünün jurnalında keçirilən tədbirlərlə əlaqədar yazılar və fotoşəkillər öz əksini tapacaq. Çıxışlarda qeyd olunub ki, Gəncə şəhərinin tarixi, qədimliyi, insanların səmimiyyəti, qonaqpərvərliyi onlarda kövrək hislər oyadıb. Qonaqlar Gəncə şəhərində olmadan xoşbəxt olduqlarını bildiriblər. Antalyadan start verilən Rizə, Batumi, Tiflis və Gəncədə keçirilən bu tədbir türk dünyası ədəbi–mədəni əlaqələrin inkişafına, türk dilli xalqların birləşməsinə xidmət edir. Paytaxt Bakıda yekunlaşacaq tədbir çərçivəsində sərgi də təşkil olunacaq.
    Xəbəri paylaş:
    
    Rast gəldiyiniz səhvləri qeyd edib CTRL+ENTER klavişlərini sıxın. Açılan pəncərədə düzgün variantınızı yazın və GÖNDƏR düyməsini klikləyin.
    Kimin qəbuluna yazılmaq istəyirsiniz?
    *Qəbula düşmənin əsas mövzusu
    *Soyad, ad və ata adınız
    *Təvəllüd
    E-poçt
    Telefon
    Ünvan
    Məzmun

    Şəkildəki simvolları daxil edin
    Göndər
    Axtar
    Təqvim üzrə axtarış
    Axtar
    Bütün arxiv
    © 2007 - 2012 Bütün hüquqlar Azərbaycan Respublikası
    Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur