Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

2016-cı il aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun ailəsi ilə görüş keçirilib

03.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədovanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasının 22-ci ildönümü münasibəti ilə 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Pəncəli Teymurovun ailəsi ilə onlayn görüş keçirilmişdir.

Əvvəlcə bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Pəncəli Teymurovun ev muzeyinə virtual səyahət oldu. Şəhidin qardaşı Famil Teymurov Pəncəli Teymurovun Vətənə göstərdiyi xitmətlərdən, qəhrəmanlıqlardan danışdı.

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla Abdullyeva çıxış edərək şəhid Pəncəli Teymurov haqda fikirlərini bildirdi. Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Süleyman Əliyev Xüsusi Təyinatlı Qüvvələrin 44 günlük Vətən Müharibəsində vətənin düşmən işğalından azad olunmasında, xüsusilə Şuşanın azad olunmasında göstərdikləri şücaətlərdən danışdı.

 

94.8 KB

 

80.3 KB