Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Milli dövlətçiliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda onlayn elmi-praktiki konfrans keçirdi.

07.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Milli dövlətçiliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda onlayn elmi praktiki konfrans keçirdi.

Konfransdan öncə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoydular.

Tədbiri açıq elan edən Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tari­xi şəxsiyyətləri var. Ümummilli lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək bildirdi ki, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər, vebinarlar, video konfranslar keçirir, Ümummilli liderin çoxşaxəli fəaliyyəti gənclərimizə geniş təbliğ olunur.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək bildirdi ki, ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.

Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov çıxış edərək qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova öz çıxışında bildirdi ki, Ümummmilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanı ən çətin sınaqlardan keçmiş əvəzolunmaz şəxsiyyətdir. O, hakimiyyətə gələndə xalqımız ağır günlərini yaşayırdı. Lakin uzaqgörənliyi sayəsində hər bir çətinliyi dəf etdi, dövlətimizin inkişaf yolunun təməlini qoydu. Bugünkü inkişafımızı, rifahımızı müdrik rəhbərimizə borcluyuq. Həmişə öz millətinin müdafiəsinə qalxan, təzyiqlərdən, təhdidlərdən qorxmayan, vətənə sədaqətlə xidmət edən Ulu Öndəri heç zaman unutmayacağıq.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev xalqımız qarşısında xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. Azərbaycan xalqının ümümmilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyev bütöv Azərbaycanı inkişaf etmiş qüdrətli dövlətlər səviyyəsinə çıxartmaq üçün regionların sosial-iqtisadi, milli mədəni inkişafına böyük önəm verirdi. Cümhuriyyətin beşiyi, ulu Nizaminin, müstəqil Azərbaycanın ikinci böyük şəhəri Gəncə isə dahi rəhbərin hər zaman diqqət mərkəzində olmuşdur.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Könül Süleymanova öz çıxışında bildirdi ki, Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri — teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Sevinc Əhmədova çıxış edərək qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük əməyi olmuşdur.

Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərmiş, bu sahənin nümayəndələrinə fəxri adlar, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını əsas vəzifəsi kimi qarşıya qoymuşdur. Bu gün Azərbaycanın bütün bölgələrində Ulu Öndərin saysız-hesabsız yadigarları var. Bunlar qüdrətli şəxsiyyətin xalqına, millətinə sonsuz məhəbbətinin təzahürüdür.

Tədbirdə K.D. Uşinski adına 29 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət "Gənc Heydərçilər" dərnəyinin hazırladığı video-çarx nümayiş olundu.

 

211.6 KB

 

93.5 KB

 

578.3 KB