Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Azərbaycan xalqının dahi oğlu” adlı tədbir keçirildi

07.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Zallar kənd kitabxanasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının dahi oğlu” adlı onlayn tədbir keçirildi.

Tədbiri Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva açaraq Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında məlumat verdi. Tədbirdə Azərbaycan Dövlət Universitetinin filologiya elmləri namizədi, Əməkdar müəllimi Sahibə Əsgərova, Kəlbəcər rayon 21 saylı tam orta məktəbin tarix müəllimi Gültəkin Cəlilova, Bakı Metropoliteninin dispetçer rəisi Ərşad Məmmədov, Binəqədi rayon 205 saylı tam orta məktəbin müəllimləri Bilurə Əliyeva, Aynurə Osmanova, Yusif İbrahimov çıxış edərək Ümummilli lider Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətimizin inkişafına, xalqımızın adət-ənənlərinin zənginləşdirilməsinə daimi diqqətindən danışdılar.

Çıxış edənlər həmçinin ulu öndərin ordu quruculuğundan həyata keçirdiyi islahatlardan, məhv olmaq təhlükəsi ilə üzləşməsindən, Azərbaycan dövlətinin xilaskarı olmağından danışdılar.

Tədbirdə Nuray və Tuncay İbrahimovlar Ulu Öndərə həsr edilmiş şeirlər söylədilər

 

151.4 KB

 

110.7 KB

 

146.1 KB