Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Ailədə əxlaqi dəyərlər” mövzusunda dəyirmi masa keçirilmişdir

07.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhəri Mədəniyyət Mərkəzində 15 May Beynəlxalq Ailə günü münasibəti ilə “Ailədə əxlaqi dəyərlər” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Mədəniyyət Mərkəzinin filiallarının işçiləri, Gəncə şəhər MKS-nin 3 saylı kitabxana filialının işçiləri və bir qrup qəsəbə sakinləri iştirak etdi.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq qeyd etdi ki, hər bir cəmiyyət müxtəlif ailələrin toplusundan ibarətdir.Adətən cəmiyyətin ailəyə təsir etmə gücünü o zaman uğurlu saymaq mümkündür ki, bu qarşılıqlı olsun. Hər bir ailə həm də kiçik bir dövlətdir. Onun da öz qanunları, adət-ənənəsi, yaşam tərzi, mühiti var. Bu mənada Azərbaycan ailəsi özünəməxsusluğu, yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir.

Sonra söz Sənətkarlıq klubunun müdiri Vüqar Eyvazova və Yaradıcılıq evinin müdiri  Əliağa Zeynalova verildi. Sonda şəhərin nümunəvi ailələrindən olan Qəmbər Əsədov və onun həyat yoldaşı Həqiqət Qəmbərova ailə həyatlarının tarixçəsindən söhbət açdılar.

Tədbir mövcud karantin rejimi qaydalarına uyğun təşkil olunmuşdur.

 

131.2 KB

 

130 KB