Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

9 may Qələbə günü münasibətilə tədbir keçirildi

07.05.2021

Xocalı rayon Mədəniyyət evində rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Xocalı rayon Mərkəzi kitabxanası və Xocalı şəhər 5 nömrəli klub birlikdə 9 may Qələbə gününün 76 illiyi münasibətilə karantin rejimi nəzərə alınaraq dəyirmi masa keçirilmişdir.

            Rayon mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxış edərək 9 may Qələbə günü müna-sibətilə tədbir iştirakçılarını təbrik etdi. O bildirdi ki, faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının böyük rolu olmuşdur. Həm ön cəbhədə döyüşən mərd, igid Azərbaycan oğulları-nın, həm də arxa cəbhədə var qüvvəsi ilə çalışan zəhmətkeş Azərbaycan qadınlarının Böyük Vətən Müharibəsi zamanı göstərdiyi rəşadət buna bariz nümunədir. Bundan əlavə Azər-baycanın təbii sərvətlərinin, xüsusilə Bakı neftinin qələbənin qazanılmasında böyük payı olmuşdur.

            Rayon Mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova çıxış edərək Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə (Mixaylo), Həzi Aslanov, İsrafil Məmmədov, Əhmədiyyə Cəbrayılov (Xarqo) kimi igidlərimizin döyüş yolundan bəhs etdi. O qeyd etdi ki, həmin qəh-rəmanlarımız sayəsində dünyanı cənginə almış faşizm bəlasından qurtulduq.

            Xocalı şəhər 5 saylı Klubun müdiri Diliş Şahverdiyeva çıxış edərək bildirdi ki, Qarabağ savaşlarında döyüşən cəsur oğullarımız məhz Böyük Vətən Müharibəsi qəhrəmanlarını özlərinə nümunə bilmişlər. Bu baxımdan Böyük Vətən Müharibəsi veteranlarının Qarabağda savaşan əsgərlərimizin döyüş əhval-ruhiyyəsinin yüksək olmasında böyük xidmətləri vardır.

 

131.1 KB

 

135.3 KB

 

141.1 KB