Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan bəstəkarı Telman Hacıyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.

09.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi T.Hacıyev adına Gəncə şəhər 2 №-li Uşaq Musiqi Məktəbində Azərbaycan bəstəkarı, məşhur “Lalələr” mahnısının müəllifi, Gəncəli Telman Hacıyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri məktəbin direktoru Qahirə Məmmədova acaraq tədbir iştirakçılarını salamladı, Telman Hacıyevin həyat və yaradıcılığı barədə qısa məlumat verdi.

Məktəbin konsert salonunda mövcud karantin rejimi qaydalarına uyğun olaraq keçirilən tədbirin fortepiano ixtisası üzrə IV sinif şagirdi Həqiqət Tağızadə davam etdirdi. O, bəstəkar Telman Hacıyevin yaradıcılığına həsr olunmuş kiçik konsert proqramını elan etdi.

Konsertdə Telman Hacıyevin “Lalələr” mahnısını şagird Tunar Səfərov, “Ürəyini oxuyuram” mahnısını, tarda Ramin Qasımov ifa etdi.

Respublikanın Əməkdar Mədəniyyət İşçisi məktəbin vokal sinfinin müəllimi Mehparə Cəfərova Telman Hacıyevin “Gəncəm” mahnısını oxudu.

Konsertdə məktəbin şagirdləri, Leyla Səmədova, Laləzər Əlizadə, Uğur Cavadov və Aysun Səfərova maraqlı musiqi nömrələr ifa etdilər.

 

119.9 KB

 

29.1 KB

 

115 KB