Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Narkomaniyaya yox deyirik!” adlı tədbir təşkil edildi.

10.06.2021

10 İyun 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı “ nı əsas tutaraq, “ Narkomaniyaya yox deyirik!” adlı tədbir təşkil edildi. Tədbirdə maarifləndirici videoçarx nümaiş olundu.

Tədbiri giriş sözü ilə açan Vüsalə Əliyeva çıxış üçün sözü Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova verdi. Nuranə Həsənova, Samux rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva və Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Zahidə Hüseynova narkomaniyanın cəmiyyətə vurduğu zərərdən, gənclərin xüsusən yuxarı sinif şagirdləri arasında,ailədə,məktəbdə hər kəsin məlumatlandırılmasının vacibliyindən bəhs etdilər.

 

62.3 KB

 

64.8 KB

 

59.7 KB