Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“ Milli Qurtuluş -Zəfər tarixinin başlanğıcıdır” adlı dəyirmi masa keçirildi.

10.06.2021

10 İyun 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi birgə “ Milli Qurtuluş -Zəfər tarixinin başlanğıcıdır” adlı dəyirmi masa keçirildi.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə xanım Həsənova çıxışında qeyd etdi ki, 15 iyun - Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı gün bizim qurtuluş günümüzdür. Bizlərin borcudur ki, bu hadisələri, Ulu öndərin Azərbaycan xalqı üçün etdiklərini gənclərimizə çatdıraq.Həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalqın milli-mənəvi dəyərlərindən çıxış etməklə görülən işlər Heydər Əliyevi xalqımızın ümummilli liderinə çevirməklə bərabər, Azərbaycanı da dünyanın qabaqcıl dövlətləri sırasına yüksəltdi.

Sonra Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyev müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı : "Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək şəkildə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də qalib ölkədir".

Dəyirmi masa ətrafında toplaşan tədbir iştrakçıları Milli Qurtuluş günü ilə əlaqədar müzakirələrdə fəal iştrak etdilər.

Sonda oxuculara xidmət şöbəsi tərəfindən Milli Qurtuluş gününə həsr olunmuş video-çarx nümayiş olundu.

 

44.4 KB

 

61.8 KB

 

48.7 KB