Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəhid mədəniyyət işçisi Hikmət Məmmədovun baralyefi yaşadığı evin divarına vurulmuşdur

16.07.2021

15 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü və təşkilatçılığı ilə II Qarabağ Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçisi Nizami Gəncəvi Məqbərəsinin sabiq əməkdaşı Məmmədov Hikmət Lətif oğlunun əziz xatirəsinə ehtiram əlaməti olaraq onun vaxtilə yaşadığı evin divarına vurulmuş baralyefi onündə mərasim keçirilmişdir.

Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, məsləhətçilər, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Cumalik Rəhimov, Gəncə Dövlət Filarmoniyasının direktor vəzifəsini müvəqqəti icra edən Elçin Elçiyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Ramail Atayev və Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov və şəhidin iş yoldaşları iştirak edirdilər.

Mərasimi Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov açaraq bütün iştirakçıları salamladı.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Regional idarənin rəisi Vasif Cənnətov şəhid Hikmət Məmmədovun Vətən müharibəsinə könüllü olaraq getməsindən, göstərdiyi şücaətdən, şəhidlərimizə göstərilən dövlət qayğısından danışdı.

Şəhid atası Lətif Məmmədov baralyefin üzərində örtüyü götürdü. Baralyefin önünə təzə-tər qərənfillər düzüldü. O, baralyefin hazırlanmasına görə Regional idarənin rəisi Vasif Cənnətova, baralyefin müəllifi, heykəltəraş Qasım Qasımova və bütün iştirakçılara ailə üzvləri adından minnətdarlığını bildirdi.

Mərasimdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, şəhid iş yoldaşı, Nizami Gəncəvi Məqbərəsinin bələdçisi Hava Hüseynova və baralyefin müəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi, heykəltəraş Qasım Qasımov çıxış etdilər.

Heykəltəraş Qasım Qasımov indiyədək təmannasız olaraq I və II Qarabağ müharibələrində 60 nəfərdən çox şəhidin büstünü və baralyefini hazırlamışdır.

Mərasim nümayiş üçün yerli və respublika TV vasitələri tərəfindən lentə alındı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

190.6 KB

 

323.9 KB

 

167.3 KB