Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Müqəddəs amal yolunda şəhid olan -Taleh” başlıqlı onlayn görüş keçirilmişdir

19.07.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı II Qarabağ müharibəsi şəhidi Mustafazadə Taleh Qənimət oğlunun xatirəsinə həsr edilmiş  şəhidin ailəsi ilə "Müqəddəs amal yolunda şəhid olan -Taleh" başlıqlı onlayn  görüş keçirdi. Tədbiri kitabxana filialının müdiri  Elza Əliyeva  açaraq şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılmasını bildirdi,  sonra şanlı tarix yazan şəhid qəhrəmanlarımızın  böyüyən yeni nəslin Vətənpərvərlik ruhunda sosialaşma prosesində böyük rol oynaması  haqqında məlumat verdi. Tədbirdə şəhidin   anası, bacısı, bacısının həyat yoldaşı,  yaxın qohumları,  AME-nın Gəncə bölməsinin Nizami Gəncəvi mərkəzinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov ,  hal-hazırda təqaüddə olan Azərbaycan dili -ədəbiyyat müəlliməsi Validə Hüseynova, kitabxananın əməkdaşları, istifadəçilər iştirak etdilər. AME-nın Gəncə bölməsinin Nizami Gəncəvi mərkəzinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov  “Torpaq uğrunda ölən vasa Vətəndir”söyləyərək göz yaşlarını gizlədə bilməyərək çıxış etdi. Bacısının həyat yoldaşı Nəsib Məmmədov Taleh Mustafazadənin  25 illik qısa , şərəfli ömründən ürək ağrısı ilə məlumat verdi, döyüş yoldaşlarının  onun cəbhədə əsl qəhrəman kimi vuruşduğundan, hər zaman öndə getdiyindən, heç nə düşünmədən, qorxmadan vətən üçün ölüm-dirim savaşında göstərdiyi igidliyindən danışdıqlarını bildirdi  və hazırladığı videoçarx yayımlandı. Əmisi Mustafayev Manaf, əmisi qızı Aysel Mustafayeva, bibisi Qətibə Hacıyeva  Talehin necə bir oğul, qardaş, dost olmağından danışdılar.

Taleh Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa rayonlarının işğaldan azad olunmasında  misilsiz şücaət  göstərmişdir. 8 noyabrda tarixi zəfər qələbəmizə iki gün qalmış  Şuşa  şəhərində gedən döyüşlər zamanı özü yaralı olduğu halda yaralı dostuna yardım etdiyi zaman snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 11.11.2020-ci ildə Gəncə şəhər “Şəhidlər Xiyabanı”nda dəfn edilmişdir.

Taleh Mustafazadə  Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra  “Vətən uğrunda”, "Cəsur döyüşçü" və "Şuşa şəhərinin azad edilməsinə görə" medalları ilə təltif olunmuşdur.

Tədbirdə 26 saylı Lisey məktəbinin 3 sinif şagirdi Nuray Məmmədova, Qəşəmli Mehri, Qəşəmli İnci , Qəşəmli Nuran, Qəşəmli Nuray   şəhidlər haqqında şerlər söylədilər.  Sonda  bütün şəhidlərimizə allahdan rəhmət diləyərək , onların adlarının daim qəlbimizdə yaşayacağı bildirildi.

 

 

78.7 KB

 

80.5 KB

 

48.2 KB